03 mart 2023 16:17
274

10 ailədən ibarət növbəti köç karvanı Ağalıya çatıb FOTO

Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

“İki sahil” xəbər verir ki, martın 3-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən yola salınan 10 ailənin 44 üzvündən ibarət növbəti köç karvanı Ağalı kəndinə çatıb.

30 ildən sonra Vətənə dönən zəngilanlıları Ağalı kəndində Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıb.

Doğma yurdlarına qayıdan zəngilanlılara Ağalı kəndində yaradılan şərait barədə məlumat verilib.