Dünən “Altılı masa”nın iclasında 5 müxalif partiya prezidentliyə vahid namizəd kimi CHP lideri Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləyib.

“İki sahil” xəbər verir ki, bu barədə “İYİ Partiya”nın sədri Meral Akşener keçirdiyi brifinqdə bildirib.
Akşenerin sözlərinə görə, “Altılı masa” Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizədliyini yekdilliklə rədd edib.