Ötən gün ölkəmizdə aparılan 1 min 415 test nəticəsində məlum olub ki, 34 nəfər koronavirusa (COVID-19) yoluxub.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, 1 nəfərin dünyasını dəyişdiyi son sutka ərzində 15 nəfər COVID-19 xəstəsi sağlamlığına qovuşub.