Türkiyənin Bursa vilayətinin Mudanya rayonunda tikinti sahəsində qazıntı işləri aparılarkən sarkofaq aşkarlanıb.
“İki sahil” xəbər verir ki, Mudanya rayonunun Xalid Paşa məhəlləsində aparılan qazıntı zamanı aşkar edilən tapıntı barədə aidiyyəti qurumlara bildirilib.
Bölgəyə gələn arxeoloqların nəzarəti ilə aparılan araşdırma zamanı sarkofaqın içində sümüklər olduğu müəyyən edilib. Tapıntının hansı dövrə aid olduğunu müəyyənləşdirmək üçün sarkofaq çıxarılacaq və sümüklər Bursa Arxeologiya Muzeyinə aparılacaq.