Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts partiyadaxili qalmaqal səbəbindən ciddi siyasi böhranla üzləşib.
“İki sahil” xəbər verir ki, bu barədə "Politico" nəşri yazır.
"Mertsin təmsil olunduğu mühafizəkar Xristian-Demokrat İttifaqı (XDİ) partiyası daxilində narazılıq artıq iki həftədir ki, böyüyür. Partiyanın yüksək rütbəli üzvünün surroqat analıq yolu ilə valideyn olmaq qərarı ətrafındakı fikir ayrılıqları Mertsin kansler postundakı bütün fəaliyyəti dövründəki ən ciddi böhrana çevrilib", — deyə məqalədə bildirilir.
Nəşrin məlumatına görə, qalmaqal XDİ/XSİ fraksiyasının lideri Yens Şpanın ABŞ-da surroqat ana vasitəsilə övlad sahibi olmaq qərarından sonra baş qaldırıb. Bu təcrübənin Almaniyada qanunla qadağan olunması və bloku təmsil edən mühafizəkarların uzun müddətdir onun leqallaşdırılmasına qarşı çıxması fonunda Şpan rəhbər vəzifəsindən istefa vermək məcburiyyətində qalıb.
Məqalədə qeyd olunur ki, hələlik heç kim Mertsin istefasından danışmır. Lakin blok qarşıdan gələn seçkilərdə uğursuzluğa düçar olarsa, "bu böhranı cilovlamaq daha çətin olacaq".