Türkiyə müxalifəti bu gün ölkədə mayın 14-ü keçiriləcək prezident seçkilərinə vahid namizədini açıqlayacaq.

“İki sahil” Türkiyə mediasına istinadla xəbər verir ki, liderlərin görüşündən əvvəl Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun İYİ partiyasının sədri Meral Akşenerlə görüşü olub. Görüş 10 dəqiqə davam edib.
Akşener Mansur Yavaş və Əkrəm İmamoğlunun adlarının prezident köməkçisi qismində hallandırılmasını təklif edib.