08 may 2018 20:53
1278

Nazir Türkiyəyə səfər edəcək

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti Türkiyə Respublikasında keçirilən “Efes-2018” beynəlxalq təlimlərin yekun mərhələsi zamanı təşkil ediləcək Yüksək Səviyyəli Qonaqlar Günündə iştirak etmək üçün mayın 9-da İzmir şəhərinə yola düşəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, aprelin 11-də başlayan “Efes-2018” beynəlxalq təlimlərində Azərbaycan Ordusunun 100-dən artıq hərbi qulluqçusu iştirak edir.