26 mart 2023 10:24
471

“Qalatasaray” Bakıda belə qarşılandı FOTO

Türkiyənin “Qalatasaray” klubu “Qarabağ”a qarşı keçirəcəyi xeyriyyə matçı üçün Bakıya gəlib.

“İki sahil” xəbər verir ki, futbolçuları Heydər Əliyev Beynəlxalq Hava Limanında çoxsaylı azarkeş qarşılayıb.

Qarşılanmadan olan fotoları “Qalatasaray” futbol klubu öz sosial şəbəkə hesablarında paylaşıb.

Qeyd edək ki, “Qarabağ”-“Qalatasaray” matçı Bakı Olimpiya Stadionunda, saat 20:00-da keçiriləcək.