08 may 2018 18:04
991

Ermənistan-Azərbaycan sərhədində 6 əcnəbi saxlanılıb?

Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhədində 6 xarici ölkə vətəndaşının saxlanılması barədə məlumata münasibət bildirib

Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhədində altı xarici ölkə vətəndaşının saxlanılması barədə Ermənistan mətbuatında yayılan məlumatlara münasibət bildirib.

Müdafiə Nazirliyi AZƏRTAC-ın sorğusuna cavabında bu barədə hər hansı məlumata sahib olmadıqlarını bildirib.