Hesablama Palatasının nəticə əsaslı büdcəyə əsaslanan strateji planı cərçivəsində 2022-ci il üçün əməliyyat planında 214 tədbir müəyyən edilmişdi.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
Onun sözlərinə görə, əməliyyat planında nəzərdə tutulmuş tədbirlərin 74,8 %-i tam, 13,1 %-i qismən icra edilib,12,1 %-i isə icra olunmayıb.
"Ümumilikdə icra 81,3 % təşkil edib. Strateji plan üzrə büdcə 7,7 milyon manat icra edilib ki, bu da proqnozun 79,1 %-ni təşkil edib", - deyə o qeyd edib.
Pərviz Şahbazov: COP29-un şəbəkə gündəliyini ölkələri və bazarları birləşdirən konkret layihələrə çeviririk
COP31 çərçivəsində Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə yüksək səviyyəli dəyirmi masa keçirilib
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb