Bu ilin mart ayında Türkiyə limanları 4 min 620 gəmi qəbul edib.
“İki sahil” xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.
Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 1 min 291, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 3 min 329 olub.
2023-cü ilin yanvar-mart aylarında Türkiyə limanları 12 min 792 gəmi qəbul edib.
“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 3 min 694, Türkiyə bayrağı altında olan gəmilər isə 9 min 98 olub.”, - deyə nazirlikdən bildirilib.
Pərviz Şahbazov: COP29-un şəbəkə gündəliyini ölkələri və bazarları birləşdirən konkret layihələrə çeviririk
COP31 çərçivəsində Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə yüksək səviyyəli dəyirmi masa keçirilib
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb