Beynəlxalq avtomobil daşımalarındakı inkişaf, milli daşıyıcıların bazar payının artırılması məqsədilə görülən tədbirlər bu sahəyə yeni sərmayələrin cəlb edilməsi ilə nəticələnib. Ölkəyə idxal olunan dartıcıların (TIR-ların) və qoşquların sayındakı kəskin artım bunun göstəricisidir.
“İki sahil” xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təqdim etdiyi statistikaya əsasən, 2023-cü ilin I rübündə Azərbaycana idxal olunan dartıcıların sayı 1229, qoşqu və yarımqoşquların sayı 1208 ədəd təşkil edib.
“Ötən ilin eyni dövrü ilə müqayisədə dartıcıların sayında 193 faiz, qoşqu və yarımqoşquların sayında isə 225 faiz artım olub. Belə ki, 2022-ci ilin I rübündə 420 dartıcı, 371 qoşqu və yarımqoşqu ölkəyə idxal olunub”, - məlumatda qeyd olunur.
Pərviz Şahbazov: COP29-un şəbəkə gündəliyini ölkələri və bazarları birləşdirən konkret layihələrə çeviririk
COP31 çərçivəsində Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə yüksək səviyyəli dəyirmi masa keçirilib
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb