ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin 2023-2024-cü illər üçün gündəlik xam neft hasilatı üzrə proqnozunu azaldıb.
"İki sahil"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, gələn il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatının 29,19 mln. barel olacağı proqnozlaşdırılır, bu da öncəki proqnozdan 0,1 mln. barel azdır.
Hesabata əsasən, bu il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 28,26 mln. barel olacaq. Bu, əvvəlki proqnoz göstəricidən 0,37 mln. barel azdır.
Qeyd olunur ki, ötən il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 28,67 mln. olub.
Xatırladaq ki, 2021-ci ildə OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 26,28 mln. barel olub. 2020-ci ildə OPEC üzrə gündəlik neft hasilatı 25,6 mln. barel təşkil edib, 2019-cu ildə isə 29,27 mln. barelə bərabər idi.
Beləliklə, EİA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, OPEC ölkələri neft hasilatı üzrə koronavirus infeksiyası pandemiyasından əvvəlki səviyyəyə gələn il çata biləcək.
Pərviz Şahbazov: COP29-un şəbəkə gündəliyini ölkələri və bazarları birləşdirən konkret layihələrə çeviririk
COP31 çərçivəsində Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə yüksək səviyyəli dəyirmi masa keçirilib
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb