12 aprel 2023 14:43
377

İşğaldan azad edilmiş ərazilərdə auditlər hələ başa çatmayıb- Hesablama Palatası

Bu gün ən böyük problem işğaldan azad edilmiş ərazilərdə hələ də başa çatmış auditlərin demək olar ki, olmamasıdır.

“İki sahil” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu gün keçirilən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, Hesablama Palatası 2022-ci ildə işğaldan azad edilmiş ərazilərdə ilkin auditlərə başlayıb: “Əvvəldən aparılmış auditlər layihə-smeta sənədlərinin, iş həcmlərinin, ekspertizanın vaxtında başa çatmaması və ya bu işlərin paralel aparılması səbəbindən yekunlaşmayıb. Paralel aparıldıqda bu işləri indidən yoxlayıb, nöqsan deyib, artıq ödəmə kimi vəsaitləri bərpa etmək düzgün olmaz”.