Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda işsizliklə bağlı proqnozunu yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Fondun "Dünya İqtisadi Baxış" hesabatının aprel sayında bildirilib. Sənədə əsasən, Azərbaycanda işsizlik səviyyəsi 2022-ci ildəki 5,9%-dən 2023-cü ildə 5,8%-ə kimi azalacaq. BVF həmçinin, 2024-cü ildə də Azərbaycanda işsizlik səviyyəsini 5,8% proqnozlaşdırıb.
Qeyd edək ki, bundan əvvəl “SP Global Ratings” beynəlxalq reytinq agentliyi 2025-ci ilə kimi Azərbaycanda işsizliyin azalacağını açıqlamışdı. Agentlik bu il ölkə üzrə işsizliyin 4,9% təşkil edəcəyini müəyyən edib.
Pərviz Şahbazov: COP29-un şəbəkə gündəliyini ölkələri və bazarları birləşdirən konkret layihələrə çeviririk
COP31 çərçivəsində Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə yüksək səviyyəli dəyirmi masa keçirilib
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb