Xaçmaz rayonunda gündəlik istehsal gücü 100 000 ədəd olan yumurta istehsalı müəssisəsi tikilir. Xaçmaz rayonunda yumurta istehsal edəcək yeni müəssisə tikilir. “Azəriyumurta” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni müəsisəsi rayonun Niyazoba kəndində 3,5 hektar ərazidə salınır. Müəssisə fəaliyyətə başladıqdan sonra burada 50 nəfər daimi işlə təmin olunacaq.
“İki sahil” xəbər verir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yumurta istehsal edəcək yeni müəssisənin imkanları ilə maraqlanıb. İnvestisiya qoyuluşu 3 milyon manat olan müəssisədə gündəlik olaraq 100 000 ədəd yumurta istehsal etmək mümükün olacaq.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev əhalinin quşçuluq məhsullarına tələbatının yerli istehsal hesabına ödənilməsi və yeni iş yerlərinin yaradılması məqsədilə Niyazoba kəndində müəssisənin inşasını yüksək qiymətləndirib.
Pərviz Şahbazov: COP29-un şəbəkə gündəliyini ölkələri və bazarları birləşdirən konkret layihələrə çeviririk
COP31 çərçivəsində Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə yüksək səviyyəli dəyirmi masa keçirilib
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb