İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 19 nəqliyyat vasitəsi satılıb.
“İki sahil” quruma istinadən xəbər verir ki, hərraca çıxarılmış dövlət əmlaklarına ümumilikdə 71 sifariş qəbul edilib.
Hərrac rəqabətli olub. Belə ki, “Toyota Camry” markalı avtomobilin start qiyməti 9 000 manat olsa da, ən son təklif 15 000 manat olub. Start qiyməti 7 500 manat olan “Toyota Corolla” markalı nəqliyyat vasitəsi isə 14 500 manata özəlləşdirilib.
Satılan əmlaklar üzrə dövlət büdcəsinə 186 740 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.
Pərviz Şahbazov: COP29-un şəbəkə gündəliyini ölkələri və bazarları birləşdirən konkret layihələrə çeviririk
COP31 çərçivəsində Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə yüksək səviyyəli dəyirmi masa keçirilib
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb