Azərbaycanda maliyyə sektorunun bulud texnologiyalarına inteqrasiyasına, onlardan istifadəsinə dair hansısa qadağa yoxdur.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) informasiya və kibertəhlükəsizlik şöbəsinin müdiri Elvin Şahverdiyev İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Dayanıqlı inkişaf üçün texnologiyalar: 4Sİ texnologiyaları və bulud həlləri" mövzusundakı tədbirdə bildirib.
Onun sözlərinə görə, AMB bu istimaqətdə yeni strategiya hazırlayıb: “Maliyyə sektorunda kibertəhlükəsizliyin aktual olduğunu nəzərə alaraq bu sahədə tənzimləyici strategiya hazırlanıb, rəylərin alınması məqsədi ilə sorğular göndərilib. Əsas məqsəd AMB-də və ölkədəki maliyyə institutlarında informasiya və kibertəhlükəsizliyi gücləndirməkdir. İkinci məqsəd maliyyə sektorunda mümkün kiberinsidentlərə və fövqəladə hallara qarşı hazırlıq səviyyəsinin yüksəldilməsidir. Həmçinin bu fonda maraqlı tərəflərlə münasibətlərin formalaşması və prosesin effektivliyinin artırılması məqsədlərimizdəndir. Strategiya 2023-2026-cı illəri əhatə edəcək. Onun əsas vizyonu artan kibertəhlükələr fonunda ölkənin maliyyə sektorunda kiberdayanıqlılığın gücləndirilməsidir”.
Pərviz Şahbazov: COP29-un şəbəkə gündəliyini ölkələri və bazarları birləşdirən konkret layihələrə çeviririk
COP31 çərçivəsində Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə yüksək səviyyəli dəyirmi masa keçirilib
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb