18 aprel 2023 13:40
422

ARDNF-nin investisiya portfelinin 65%-dən çoxu inkişaf etmiş ölkələrin payına düşüb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 31.03.2023 tarixinə olan investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsünü açıqlayıb.

Fonddan “İki sahil”ə verilən məlumata görə, inkişaf etmiş ölkələr üzrə bu göstərici 65,4%, inkişaf etməkdə olan ölkələr üzrə – 15,2%, beynəlxalq maliyyə təşkilatları üzrə isə 7,3% təşkil edib. Sərmayələrin qalan hissəsi (12,1%) qızılın payına düşüb.

Fondun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatına (beynəlxalq maliyyə təşkilatları üzrə) dünyanın 6 regionu daxildir. Bunların sırasına Şimali Amerika (35,8%), Cənubi Amerika (0,1%), Avropa (28,7%), Yaxın Şərq (0,3%), Avstraliya / Yeni Zelandiya (0,6%) və Asiya / Sakit Okean (15,1%)

Qeyd edək ki, 31.03.2023 tarixinə ARDNF-nin investisiya portfeli 53 437,21 mln. dollara bərabər olub.