Azərbaycana idxal olunan kimyəvi saplardan hazırlanmış parçalar - tərkibində 85 kütlə % və ya daha çox teksturasiya edilməmiş poliefir saplar olan boyanmış, müxtəlif rəngli və çap olunmuş parçalar, sintetik kompleks saplardan ağardılmamış və ya ağardılmış, boyanmış, müxtəlif rəngli parçalar, neylondan və ya digər poliamidlərdən və ya poliefirlərdən alınan çox möhkəm saplardan hazırlanmış digər parçalar 15 faiz gömrük rüsumundan azad edilir.
“İki sahil” xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, 1 yanvar 2024-cü ildən qüvvəyə minəcək qərar 31 dekabr 2030-cu ilədək qüvvədə olacaq.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
Mərkəzi Bankın strateji addımları reytinq agentliyinin diqqət mərkəzində: Yeni mərhələ başlayır