18 aprel 2023 14:33
475

Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınmaları artıb

Azərbaycanda bu ilin yanvar-mart aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 28,4 mln. ton yük, 369 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə göstəricilər üzrə müvafiq olaraq 3% və 23,8% artım qeydə alınıb.

Məlumata görə, sərnişinlərin 95,5%-i avtobus, 4,5%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.