18 aprel 2023 16:59
286

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 48% artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda hava nəqliyyatı ilə 539 min və ya 47,9% çox sərnişin daşınıb.

“İki sahil” Dövlət Statistika Komitəsindən verilən məlumata istinadən xəbər verir ki, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Məlumata görə, hesabat dövründə hava nəqliyyatı ilə yükdaşıma 75,6% azalaraq 37,3 min ton olub.