18 aprel 2023 17:36
324

Azərbaycan maye qazın ixracını kəskin artırıb

Bu ilin yanvar-fevral ayında Azərbaycan 9 945,5 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 88,1% çoxdur.

“İki sahil”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, həcmlərin artımına baxmayaraq hesabat dövründə ixrac edilən maye qazın dəyəri 477,4 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 81,2% azdır.

Xatırladaq ki, ötən il Azərbaycan 22 834,7 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 67% azdır. Hesabat dövründə ixrac edilən maye qazın dəyəri 5 749 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 74,7% azdır.