İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda səfərdə olan İsrailin xarici işlər naziri Eli Kohenlə görüşüb.
“İki sahil” xəbər verir ki, Azərbaycan-İsrail Birgə Komissiyasının İsrail tərəfdən həmsədri, İsrailin xarici işlər naziri Eli Kohenlə görüşdə ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafını məmnunluqla vurğulanıb, iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və perspektiv layihələr barədə müzakirələr aparılıb.