19 aprel 2023 15:25
405

Dövlət xəttilə nə qədər ipoteka krediti verilib?

Bu ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 111 milyon manat kredit verilib.

“İki sahil” Mərkəzi Banka istinadla xəbər verir ki, bu, ötən illin eyni dövrü ilə müqayisədə 2,9 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 30 % artaraq 96,5 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 100 % azalıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 8 % azalaraq 21,9 milyon manata düşüb.