19 aprel 2023 15:50
350

Problemli kreditlər azalıb

Bu il aprelin 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 2,6% azalaraq 590.5 milyon manata enib.

“İki sahil” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir. Vaxtı ötmüş kreditlər bu ilin əvvəlinə nisbətən 0,5%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 13,8% azalıb.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.9 faiz bəndi azalaraq 2.9% təşkil edib.