19 aprel 2023 15:55
304

Nağdsız ödənişlərin həcmi 2 dəfə artıb

2023-ci ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 3,439 mln. manat təşkil edib. Ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb.

“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, həyata keçirilən nağdsız ödənişlərin 2,665 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 769 mln. manatı POS-terminallar, 4.2 mln. manatı isə özünə xidmət terminallarının vasitəsilə gerçəkləşib.

Qeyd edək ki, mart ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 51.4%-ni təşkil edib.