19 aprel 2023 17:36
337

Bank sektorunun xarici öhdəlikləri artıb

Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nisbətdə 390,1 milyon manat artaraq, 2,152.1 milyon manat təşkil edib.

“İki sahil” Mərkəzi Banka istinadla xəbər verir ki, xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin qısamüddətli depozitlərinin həcmindəki artım ilə əlaqədardır.

Cari ilin mart ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 0,4 faiz artaraq, 29,694 milyon manat təşkil edib.