Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC təqdim etdiyi informasiya təhlükəsizliyi xidmətləri sahəsinin genişləndirilməsi məqsədilə Türkiyənin qabaqcıl texnologiya şirkətlərindən biri olan “Çekino Group” ilə əməkdaşlığa başlayıb.
“İki sahil” xəbər verir ki, tərəflər arasında keçirilən görüşdə “AzInTelecom”un İdarə Heyətinin sədri vəzifəsini icra edən Elxan Əzizov ilə “Çekino Group” şirkətinin baş direktoru Erol Yılmaz satış və əməkdaşlıq müqaviləsi imzalayıb.
Müqaviləyə əsasən, “Çekino Group” şirkətinə məxsus olan və “AzInTelecom”un sistem əməliyyatlarının idarə edilməsində tətbiq edilən “Guardian” məhsulunun Azərbaycanda satışı və istifadəsini stimullaşdırmaq üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
E.Yılmaz bildirib ki, təhlükəsizlik və digər sahələr üzrə təklif etdikləri məhsul, xidmət və layihələr çərçivəsində müxtəlif ölkələrdə fəaliyyət göstərirlər. O, Azərbaycanda rəqəmsal transformasiya prinsipini mənimsəyən “AzInTelecom” ilə əməkdaşlıq sayəsində yaxşı nəticələr əldə edəcəklərinə inandığını qeyd edib.
Ölkənin bir sıra böyük şirkət və dövlət qurumlarının informasiya resurslarını etibar etdiyi “AzInTelecom”un müştəriləri informasiya təhlükəsizliyinin auditi, konsaltinqi və kibertəhlükəsizlik xidmətlərindən istifadə edə bilərlər.
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
Mərkəzi Bankın strateji addımları reytinq agentliyinin diqqət mərkəzində: Yeni mərhələ başlayır
Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan yeni enerji dəhlizinin yaradılmasına dair danışıqlar aparır