Azərbaycandan Mərkəzi Asiya ölkələrinə dəmir yolu ilə avtomobil daşımalarına başlanılır.
“İki sahil” xəbər verir ki, məlumatı Gürcüstan Dəmir Yolları (GDY) yayıb. Bildirilib ki, GDY ilə avtomobil istehsalçılarının birgə işi nəticəsində dəmir yolu ilə avtomobillərin daşınması barədə razılıq əldə edilib. Razılaşmaya əsasən Toyota, BMW və AUDI markalı avtomobillərin dəmir yolu ilə Gürcüstan-Azərbaycan-Qazaxıstan-Özbəkistan-Mərkəzi Asiya marşrutu üzrə daşınması həyata keçiriləcək.
“İndiyədək avtomobil istehsalçıları avtomobillərin Mərkəzi Asiyaya çatdırılması üçün quru nəqliyyatından istifadə edirdilər. Davam edən danışıqlar nəticəsində dəmir yolu ilə avtomobil daşımaları müntəzəm xarakter daşıya bilər", - deyə GDY-nin məlumatında bildirilib.
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb
Abdulkadir Uraloğlu: Planlaşdırırıq ki, təxminən dörd ildən sonra dəhlizin bütün hissələrini tamamlayaraq istifadəyə verək