20 aprel 2023 17:31
419

Türkiyədə dəmiryolu nəqliyyatı üzrə 30-a yaxın layihə həyata keçiriləcək

2023-cü ildə Türkiyədə dəmiryolu nəqliyyatı üzrə 25 layihə həyata keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur nazirliyindən bildiriblər.

Nazirlikdən bildirilib ki, dövlət tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələrin ümumi dəyəri 60,1 milyard lirədir.

“Bu il həyata keçirilməsi nəzərdə tutulan layihələrin bir qismi xarici kredit vəsaiti ilə reallaşdırılacaq. Xarici kreditin ümumi məbləği 22 milyard lirədir” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki,2023-cü ildə Türkiyədə nəqliyyat və informasiya sahəsində 778 layihə həyata keçiriləcək.

Nazirlikdən verilən məlumata görə, həyata keçirilməsi nəzərdə tutulan layihələrin ümumi dəyəri, 121,7 milyard lirədir.

“Bu il həyata keçirilməsi nəzərdə tutulan layihələrin bir qismi xarici kredit vəsaiti ilə reallaşdırılacaq. Xarici kreditin ümumi məbləği 22,1 milyard lirədir” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, keçən il Türkiyədə nəqliyyat və informasiya layihələrinə ümimilikdə 2,1 trilyon lirə dəyərində vəsait ayırılıb ki, bunlardan 502,5 milayrd lirə xarici kreditdir.