2023-cü ilin yanvar-mart ayları ərzində Gürcüstan Azərbaycana 99,68 milyon ABŞ dolları dəyərində 7 348 ədəd avtomobil ixrac edib.
“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin Hesabaatında bildirilib. Qeyd olunub ki, Azərbaycana ixrac edilən avtomobillərin sayı illik ifadədə 910 ədəd və ya 14,13%, dəyəri isə 48,79 milyon dollar və ya 95,9% çoxdur.
Belə ki, 2022-ci ilin birinci rübündə Gürcüstan Azərbaycana ümumi dəyəri 50,89 milyon dollar olmaqla 6 438 ədəd avtomobil ixrac edib.
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
Mərkəzi Bankın strateji addımları reytinq agentliyinin diqqət mərkəzində: Yeni mərhələ başlayır
Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan yeni enerji dəhlizinin yaradılmasına dair danışıqlar aparır