2023-cü ilin yanvar-mart ayları ərzində Gürcüstan Azərbaycandan 1,2 min ton bitum idxal edib.
“İki sahil” xəbər verir ki, məlumatı Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi yayıb. Bildirilib ki, Azərbaycandan idxal hesabat dövründəki ümumi bitum idxalının 4,8%-ni təşkil edib və Azərbaycan Gürcüstanın üçüncü əsas tədarükçüsü olub. Birinci və ikinci yerlərdə isə müvafiq olaraq İraq (5,1 min ton – 20,2%) və Türkiyə (4,6 min ton-18,3%) qərarlaşıb.
Cari ilin birinci rübündə Gürcüstan 25,2 min ton bitum idxal edib ki, bu da illik ifadədə 14,9 min ton və ya 2,4 dəfə çoxdur.
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
Mərkəzi Bankın strateji addımları reytinq agentliyinin diqqət mərkəzində: Yeni mərhələ başlayır
Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan yeni enerji dəhlizinin yaradılmasına dair danışıqlar aparır