Londonun ICE birjasında “Brent” markalı neftin 2023-cü ilin iyun ayında tədarükü üçün fyuçers müqaviləsinin qiyməti bu il martın 31-dən bəri ilk dəfə bir barel üçün 81 ABŞ dollarına düşüb.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 18:42-yə olan məlumata görə, “Brent” markalı neftin bir barelinin dəyəri 2,55% azalaraq 81 dollar olub. Saat 18:45-də “Brent” markalı neftin bir barelinin qiyməti 81,15 dollar (-2,37%) təşkil edib.
Eyni zamanda 2023-cü ilin iyun ayında tədarük üçün nəzərdə tutulan WTI markalı xam neftin fyuçersləri 2,41% ucuzlaşaraq bir barel üçün 77,33 ABŞ dolları olub.
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
Mərkəzi Bankın strateji addımları reytinq agentliyinin diqqət mərkəzində: Yeni mərhələ başlayır
Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan yeni enerji dəhlizinin yaradılmasına dair danışıqlar aparır