Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən hibrid ipəkqurdu sənaye toxumunun (qrena) 760 qutusu Zaqatala rayonundakı yaş barama qəbulu və qurutma məntəqəsində inkubasiyaya qoyulub. Toxumların inkubasiya müddəti aprelin 26-da başa çatacaq və əldə olunacaq ipəkqurdları bölgü əsasında rayonun kümçülərinə paylanılacaq.
Məntəqənin müdiri Faiq Köngülov bildirib ki, cari mövsümdə barama yetişdirmək üçün 200-dən çox kümçü ilə müqavilə bağlanılıb. Barama istehsalçıları mövsümə ciddi hazırlaşıblar. İpəkqurdunun yemlənməsi üçün təsərrüfatlarda zəruri şəraiti olan yardımçı tikililər, xüsusi yerlər ayrılaraq dezinfeksiya olunub, rəflər quraşdırılıb.
AZƏRTAC
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb
Abdulkadir Uraloğlu: Planlaşdırırıq ki, təxminən dörd ildən sonra dəhlizin bütün hissələrini tamamlayaraq istifadəyə verək