Xaçmazda qanunsuz fəaliyyət göstərən 2 taxta sexi aşkarlanıb.
Daxili İşlər Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 20-də Xaçmaz rayonunun Yergüc və Nərəcan kəndlərində rayonun Ağyazıbuduq kənd sakini Abbas Kərimova və Bakı şəhər sakini Aydın Bayramova məxsus müvafiq icazələri olmadan müxtəlif növ ağacların emalı və satışı ilə məşğul olan taxta sexlərinin fəaliyyət göstərməsi müəyyən olunub.
Ağacların kəsilməsində istifadə edilən ümumilikdə 5 ədəd dəzgah və 10 kubmetr müxtəlif növ ağac və taxta materialları aşkar edilib.
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
Mərkəzi Bankın strateji addımları reytinq agentliyinin diqqət mərkəzində: Yeni mərhələ başlayır
Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan yeni enerji dəhlizinin yaradılmasına dair danışıqlar aparır