Ulu Öndər Heydər Əliyev Azərbaycanın milli iqtisadiyyatının inkişafına öz siyasi həyatının böyük hissəsini həsr etmiş bir liderdir. O, Azərbaycanın iqtisadiyyatı, sənayesi, turizmi, nəqliyyatı və digər sahələri üçün böyük layihələr və siyasətlər tətbiq edərək ölkəni daha da inkişaf etdirərək, böyük uğurlar qazanmışdır. Ulu Öndər inkişaf edən bir ölkəni idarə etmək üçün iqtisadiyyatda bir sıra sağlamlaşdırıcı islahatlar apardı. O, ölkədəki istehsalatı, təşkilatı və iqtisadiyyatı cəhətdən gücləndirmək üçün çox işlər görüb.
Ulu Öndər öz müdrik siyasi təcrüdəsinə və iqtisadi biliklərinə soykənərək respublikanın iqtisadi sahədə çox inkişaf etdirmişdir. O, Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək üçün bir sıra proqramlar həyata keçirdi. Bunlar arasında ölkənin enerji stratejisinin təyin edilməsi, neft və qaz sahələrinin inkişaf etdirilməsi, xarici yatırımların cəlb edilməsi, müəssisələrin yaradılması, vergi siyasətinin dəyişdirilməsi və s. var idi. Bu siyasətlər Azərbaycanın iqtisadiyyatının inkişafına səbəb oldu.
Ulu Öndər Heydər Əliyev milli iqtisadiyyatın inkişaf strategiyasının müəllifidir. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanarkən ölkəmizin dünya enerji bazarında mövqeyinin möhkəmlənəcəyi və zamanı gəldikdə isə söz sahibi olacağını hesablayan Ulu Öndər və onun siyasi kursunun sadiq davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin zəhmətləri boşa getmədi. Bəli "Əsrin müqaviləsi” ilə müstəqilliyini möhkəmləndirən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, "Əsrin müqaviləsi”nin imzalanmasına həsr olunmuş təntənəli mərasimdə çıxış edərkən ulu öndər Heydər Əliyev demişdir: "Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradırıq... Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq”.
Heçdə təsadüfü deyil ki, Ulu Öndər 5 fevral 1994-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərləri, neftçi alim və mütəxəssisləri ilə görüşdə “Əsrin müqaviləsi” yalnız ölkənin neft sektoruna deyil bütün sahələrdə inkişafına xidmət edəcəyini və hətta gələcəkdə qeyri neft sektorunun sərbəst inkişafına yol açacağını bildirmişdir.
Müasir Azərbaycanın beynəlxalq müstəvidə siyasi çəkisi artan, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan nüfulzu dövlətdir.
Vilayət Mirzəyev,
YAP Xətai rayon təşkilatının "R.Əliyev küçəsi 19" ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
Mərkəzi Bankın strateji addımları reytinq agentliyinin diqqət mərkəzində: Yeni mərhələ başlayır
Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan yeni enerji dəhlizinin yaradılmasına dair danışıqlar aparır