2023-cü il aprelin 1-nə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş qadın sahibkarların sayı 277 min 246 nəfər təşkil edib.
"İki sahil” Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə xəbər verir ki, qadın sahibkarların sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 8% və ya 20 min 438 nəfər artıb.
Qeyd edək ki, sahibkar “zərif cinsin nümayəndələri”nın 40%-i kənd təsərrüfatında(110872), 19%-i ticarət(52507), 14.2%-i xidmət sahəsində fəaliyyət göstərir.
Xatırladaq ki, Sahibkar qadınların 29,5%-i Bakıda, 10,2%-i Lənkəran-Astara, 9,2%-i Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
Mərkəzi Bankın strateji addımları reytinq agentliyinin diqqət mərkəzində: Yeni mərhələ başlayır
Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan yeni enerji dəhlizinin yaradılmasına dair danışıqlar aparır