Türkiyə aprelin 27-də Akkuyu Atom Elektrik Stansiyasına ilk nüvə yanacağı verilməsi ilə nüvə enerjisi olan ölkə statusu qazanacaq .
"İki sahil"in TurkicWorld-a istinadən məlumatına görə, daha sonra elektrik stansiyasında yanacaq sınaqları və sertifikatlaşdırma prosesləri başlayacaq.
Qeyd edək ki, Akkuyu Atom Elektrik Stansiyası 2010-cu il mayın 12-də Türkiyə və Rusiya prezidentləri arasında imzalanmış müqavilə çərçivəsindəTürkiyənin Mersin vilayətinin Büyükeceli bölgәsindә tikilib.
2018-ci ilin aprel ayında birinci reaktorun, 2020-ci ilin iyun ayında ikinci reaktorun, 2021-ci ilin mart ayında üçüncü reaktorun, 2022-ci ilin iyun ayında isə sonuncu reaktorun təməli qoyulub.
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb
Abdulkadir Uraloğlu: Planlaşdırırıq ki, təxminən dörd ildən sonra dəhlizin bütün hissələrini tamamlayaraq istifadəyə verək