25 aprel 2023 13:03
313

Vətən müharibəsindən sonra 683 sahibkar 5100 vakansiya təqdim edib- Nazir

Vətən müharibəsindən sonra sahibkarlar tərəfindən korporativ sosial məsuliyyət sahəsində önəmli addimlar atılıb. 683 sahibkar 5100 vakansiya təqdim edib. Həmin vakansiyalara 2538-dən çox şəhid ailəsi üzvü, müharibə əlili və vətən müharibəsi iştirakçısı cəlb edilib.

“İki sahil” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda keçirilən konfransda deyib.

Nazir bildirib ki, müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onların avtomobillə təmin edilməsi sahəsində də sahibkarlar sosial dəstək göstərib.