“Azərbaycan Hava Yolları” QSC (AZAL) Avropanın şəhərlərinə birbaşa uçuşların sayını artırmağı planlaşdırır.
“İki sahil” xəbər verir ki, bunu AZAL-ın I vitse-prezidenti Samir Rzayev bildirib.
O, aviaşirkətin həyata keçirəcəyi birbaşa uçuşlarda rahatlığın və yüksək səviyyəli xidmətin təmin olunacağına əminliyini ifadə edib.
Xatırladaq ki, mayın 2-dən AZAL Bakıdan Avstriyanın paytaxtı Vyanaya birbaşa uçuşlara başlayacaq. Aviareyslər hər həftənin çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb
Abdulkadir Uraloğlu: Planlaşdırırıq ki, təxminən dörd ildən sonra dəhlizin bütün hissələrini tamamlayaraq istifadəyə verək