İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə pomidor ixracatçıları ilə görüş keçirilib.
AZPROMO-dan "İki sahil"ə bildirilib ki, tədbirdə agentliyin dəstək tədbirləri haqqında məlumat verilib, ixrac coğrafiyasının genişləndirilməsinin vacibliyi vurğulanıb, xarici bazarlara tədarükün diversifikasiyası üçün tələb olunan ixrac prosedurları ilə bağlı müzakirələr aparılıb.
Görüşdə AZPROMO tərəfindən yeni bazarların araşdırılması və yeni əməkdaşlıq əlaqələrin yaradılması üçün beynəlxalq sertifikatların alınma prosesi və qəbul edilmiş keyfiyyət standartlarının meyarları haqqında danışılıb, ixracatçıların sualları cavablandırılıb.
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb
Abdulkadir Uraloğlu: Planlaşdırırıq ki, təxminən dörd ildən sonra dəhlizin bütün hissələrini tamamlayaraq istifadəyə verək