2022-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 9 039,4 milyon manat məbləğində səhm və istiqrazların dövlət qeydiyyatını həyata keçirib.
“İki sahil” bu barədə AMB-nin illik hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu, 2021-ci illə müqayisədə 2,75 % azdır.
Bundan başqa, ötən il korporativ qiymətli kağızların kütləvi təklifi üzrə ümumi məbləği 830 milyon manat (55,1 % çox) olan 33 emissiya prospekti (65 % çox) və 1 informasiya memorandumu təsdiq edilib.