27 aprel 2023 12:59
447

Azərbaycandakı valyuta hərraclarındakı satış 44% azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 215 milyon ABŞ dolları məbləğində satış olub.

“İki sahil” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,1% azdır.

Təkcə bu ay isə valyuta satışının məbləği 286 milyon dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 47,9% azdır.