27 aprel 2023 16:21
554

I rübdə dövlət satınalmalarında MKOS subyektlərinin payı 96 % olub

Bu ilin I rübündə Azərbaycanda dövlət satınalmalarında mikro, kiçik və orta sahibkarlıq (MKOS) subyektlərinin payı 96 % təşkil edib.

“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Anttinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Tviterdə bildirib.

Onun sözlərinə görə, yanvar-mart aylarında dövlət satınalmalarının ümumi məbləği isə 1,35 milyard manat olub.