“Azərbaycan-Türkiyə müttəfiqliyi ölkələrimizin iqtisasi potensialından səmərəli istifadə üçün əlverişli şərait yaradır”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” səhifəsində yazıb.
O, Türkiyənin Ticarət naziri Mehmet Muşla Samsunda görüşdüyünü yazaraq deyib: “Azərbaycan-Türkiyə müttəfiqliyi ölkələrimizin iqtisasi potensialından səmərəli istifadə üçün əlverişli şərait yaradır. Türkiyənin ticarət naziri Mehmet Muşla Samsun şəhərində keçirdiyimiz görüşdə qarşılıqlı ticarət və investisiya qoyuluşu üzrə cari vəziyyəti nəzərdən keçirdik, həmçinin reallaşdırıla biləcək əməkdaşlıq imkanlarına dair müzakirələr apardıq”.
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb
Abdulkadir Uraloğlu: Planlaşdırırıq ki, təxminən dörd ildən sonra dəhlizin bütün hissələrini tamamlayaraq istifadəyə verək