30 aprel 2023 18:37
950

Özbəkistanda referendumda seçici fəallığı 81,39 faiz təşkil edib

Özbəkistan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumda yerli vaxtla saat 17:00-a qədər seçici fəallığı siyahılara daxil edilmiş vətəndaşların sayının 81,39 faizini təşkil edib.

***

Seçici siyahılarına daxil edilmiş ölkə vətəndaşlarının yarıdan çoxu saat 13:00-a (Bakı vaxtı ilə 12:00) qədər seçki məntəqələrində səs verdiyi üçün Özbəkistan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum baş tutmuş elan edilib.

“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Bəhrom Kuçkarov məlumat verib.

Özbəkistanın qanunvericiliyinə uyğun olaraq, referendumda səsvermə siyahılarına daxil edilmiş seçicilərin azı 50 %-i iştirak etdikdə baş vermiş sayılır.

“Saat 13-ə olan məlumata görə, seçicilərin sayı 12 083 105 nəfərə çatıb ki, bu da siyahılara daxil edilmiş vətəndaşların sayının 62,24 %-ni təşkil edir. Bu rəqəmlər MSK-nin referendumu baş tutmuş sayması üçün əsasların olduğunu göstərir”, - Kuçkarov brifinqdə deyib.