25 iyul 2026 14:51
120

Ağ Ev Tramp-Zelenski görüşünün tarixini təsdiqləyib

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp iyulun 28-də Vaşinqtonda görüşəcəklər.

“İki sahil” xəbər verir ki, bunu “Reuters”ə Ağ Evin nümayəndəsi təsdiqləyib.

“RBK-Ukrayna”nın məlumatına görə, Zelenski ABŞ-a səfərdə maraqlıdır, lakin onun komandası Trampın qrafikinin Ağ Ev tərəfindən rəsmi təsdiqlənməsini gözləyir.

Agentliyin mənbəsinin sözlərinə görə, ukraynalı və amerikalı rəsmilər yeni sülh təşəbbüsləri çərçivəsində Rusiya tərəfinə təqdim edilməsi planlaşdırılan, havada hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan təkliflə bağlı müzakirələr aparıblar.