02 may 2023 16:21
542

Azərbaycanda pul bazası son bir ildə 21% artıb

Bu ilin aprel ayının 28-nə Azərbaycanda pul bazası 17 milyard 609,9 milyon manata yüksəlib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 20.9% çoxdur.

“İki sahil” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edək ki, pul bazası ilin əvvəlinə nisbətən isə 0,9% və ya 149.6 mln. manat artıb.