02 may 2023 16:45
481

Ukraynalı səfir Kiyevin yaz əks-hücumuna başlamamasının səbəblərini açıqlayıb

Ukraynanın Böyük Britaniyada səfiri Vadim Pristaiko Kiyevin yaz əks-hücumuna başlamamasının səbəblərini açıqlayıb.

“İki sahil” xəbər verir ki, Britaniyanın “Sky News“ telekanalının efirində sualları cavablandıran diplomat əks hücumun başlamamasının səbəbinin Ukraynadakı əlverişsiz hava şəraiti və torpağın palçıqlı olması ilə əlaqələndirib: “Birincisi, biz ruslara nə vaxt başlayacağımızın siqnalını vermirik. İkincisi isə, aydındır ki, hava hələ də qədər ağır tankların hərəkət etməsinə imkan vermir, Ukraynada yazlar adətən palçıqlı olur”, - deyə səfir bildirib.